Bakıya etimad tədbirlərini müzakirə etmək üçün İrəvan nümayəndə heyəti gəlib
Bakıda noyabrın 21-22-də Ermənistandan 5 ekspertin iştirakı ilə dəyirmi masa keçiriləcək.
Bu gün, erməni ekspert qrupunu daşıyan təyyarə İrəvandan Bakıya gəlib.
Oxuməni.az-ın verdiyi məlumata görə, bu barədə “Report” xəbər verib.
Bu səfər 21-22 oktyabr 2025-ci il tarixlərində Azərbaycan nümayəndə heyətinin Ermənistan paytaxtına cavab səfəridir.
Dəyirmi masada iştirak sayəsində Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri arasında əlaqələr aktivləşəcək, həmçinin iki ölkə cəmiyyətləri arasında etimadın gücləndirilməsi mexanizmləri formalaşacaq.
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri avqustun 8-də Vaşinqtonda qəbul edilmiş Birgə Bəyanatdan sonra müəyyən edilmiş sülh gündəmi çərçivəsində dialoqu davam etdirirlər.
Oxuməni.az


.jpg)

























.jpg)
.jpg)




























.jpg)
.jpg)
.jpg)























