TÜRKPA və ATƏT PA-nın baş katibləri İstanbulda görüşüblər
İstanbulda ATƏT PA-nın 23-cü Payız Sessiyası çərçivəsində Türk Dövlətlərinin Parlament Assambleyasının (TÜRKPA) baş katibi Ramil Həsən və ATƏT PA-nın baş katibi Roberto Montella arasında ikitərəfli görüş keçirilib.
Tərəflər iki parlament təşkilatı arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərini müzakirə edərək, onların uzunmüddətli tərəfdaşlığını qeyd ediblər. TÜRKPA-nın baş katibi Montellanın TÜRKPA-nın yaradılması zamanı göstərdiyi əhəmiyyətli dəstəyi xatırlatdıb və on ildən çox əvvəl yaradılmış əməkdaşlıq potensialının gələcək inkişaf üçün möhkəm təməl olduğunu vurğulayıb.
Əsas məsələlərdən biri TÜRKPA Beynəlxalq Katibliyinin əməkdaşları üçün Kopenhagendə qısamüddətli mübadilə proqramının bərpa edilməsi ehtimalı idi. Həsən oxşar təşəbbüsün 2010-2011-ci illərdə uğurla həyata keçirildiyini qeyd etdi və yeni versiyasını təqdim etməyə hazır olduğunu bildirib.
Görüşdə həmçinin regiondakı vəziyyət və parlament diplomatiyasının sülhün möhkəmləndirilməsindəki rolu müzakirə olunub. TÜRKPA-nın baş katibi Qarabağ münaqişəsinin bitməsindən bəri müsbət dinamikanı qeyd edib və Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında irəliləyişin TÜRKPA ilə ATƏT PA arasında əməkdaşlığın intensivləşdirilməsi üçün şərait yaratdığını vurğulayıb.
Həsən TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu almaq niyyətini təsdiqləyib və Montellanın dəstəyinə ümid etdiyini bildirib. Öz növbəsində ATƏT PA-nın baş katibi TÜRKPA-nın qarşılıqlı əlaqə səviyyəsini artırmaq istəyini yüksək qiymətləndirib və müşahidəçi statusu almaq prosesini asanlaşdırmağa hazır olduğunu bildirib. O, həmçinin ikitərəfli əməkdaşlığın gücləndirilməsinin regional sabitliyə müsbət təsir göstərəcəyini vurğulayıb.
Montella Bakıya və TÜRKPA-nın qərargahına səfər etmək dəvətini qəbul edib və katiblik işçiləri üçün qısamüddətli təcrübə təşkil etmək ideyasını dəstəkləyib.
Görüşdə hər iki təşkilatın Beynəlxalq Katibliklərinin nümayəndələri iştirak ediblər.
Əziz MUSTAFA




































.jpg)
.jpg)
.jpg)




















































