Fuad Nəcəfli Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib - SƏRƏNCAM
Fuad Vahid oğlu Nəcəfli Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsindən azad edilib.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Qeyd edək ki, Fuad Nəcəfli 2022-ci ildən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsini icra edirdi.
Prezidentin digər sərəncamı ilə Ceyhun Ramiz oğlu Cəlilov Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin edilib.
Oxuməni.az
Digər xəbərlər

















































































