İşğaldan azad olunmuş Ağdam şəhərində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar dəyirmi masa keçirilib
İşğaldan azad olunmuş Ağdam şəhərində 8 Noyabr - Zəfər Günü ilə əlaqədar dəyirmi masa keçirilib.
Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, dəyirmi masada çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbədən, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından danışıblar. Bildirilib ki, 30 ilə yaxın işğal altında olan torpaqlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu tərəfindən cəmi 44 gün davam edən Vətən müharibəsində azad olundu, tarixi ədalət bərpa edildi. Xalqımız Şuşa şəhərinin işğaldan azad edildiyi 8 Noyabr tarixini - Zəfər Gününü qürurla qeyd edir. Zəfər Günü Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir. Bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, infrastruktur layihələri həyata keçirilir, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur.
Oxuməni.az



































































-1.jpg)
-1.jpg)
-1.jpg)











