Ramiz Mehdiyevin gəlini vəzifəsindən azad edilib

Ramiz Mehdiyevin gəlini vəzifəsindən azad edilib

31 Oktyabr 12:20
Bəyəndim (2) Bəyənmədim (0)


Dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva vəzifəsindən azad edilib.
Oxuməni.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bu barədə müvafiq əmr imzalanıb.
Nigar Mehdiyeva Azərbaycan Tibb Universitetinin (ATU) Onkologiya Klinikasında müalicə işləri üzrə direktor müavini və II cərrahiyyə şöbəsinin müdiri-bölmə rəhbəri vəzifələrini icra edirdi.
Məlumatı klinikadan təsdiq ediblər. N.Mehdiyevanın bu günlərdə klinikadakı vəzifəsindən kənarlaşdırıldığı bildirilib.
Qeyd edək ki, Ramiz Mehdiyev Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti təyin edildikdən sonra klinikanın direktoru Əhliman Əmiraslanov onun gəlinini işə götürmüşdü. Ona dosent elmi adı verilib.
Məlumat üçün bildirək ki, bundan əvvəl Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva, oğlu - Fövqəladə Hallar Nazirinin müavini, general-mayor Teymur Mehdiyev, qızı Kamilə Əliyeva və kürəkəni İlham Əliyev ölkə xaricinə çıxışına “stop” qoyulub.
Oxuməni.az