DTX Balakəndə əməliyyat keçirir - İcra başçısı saxlanıldı
Balakən Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.
Oxuməni.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, əməliyyat Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilir.
Korrupsiya hüquqpozmaları və vəzifə cinayətləri ilə bağlı keçirilən əməliyyat çərçivəsində rayonun icra başçısı İslam Rzayevin və bir neçə digər rəsmi şəxsin saxlanıldığı bildirilir.
Əlavə məlumat veriləcək.
Oxuməni.az
Digər xəbərlər
























































































