“Mir” kartları iyun ayından etibarən Azərbaycanda “See Breeze” istirahət mərkəzində qəbul ediləcək

“Mir” kartları iyun ayından etibarən Azərbaycanda “See Breeze” istirahət mərkəzində qəbul ediləcək

19 May 15:56
Bəyəndim (3) Bəyənmədim (0)

Rusiyanın "Mir" kartları tezliklə Azərbaycanın dənizkənarı “See Breeze” kurortunda qəbul ediləcək. Azərbaycanın qalan hissəsində rusiyalılar “Mir” kartlarından istifadə etməklə VTB bankomatlarından valyuta çıxara bilərlər.
“Vestnik ATOR” (ATOR - Tur Operatorlar Assosiasiyası) xəbər verir ki, Azərbaycanda “See Breeze” istirahət mərkəzi iyun ayından Rusiyanın “Mir” bank kartlarının qəbuluna başlamağı planlaşdırır.
“Ödəniş terminalları bütün infrastruktur obyektlərimizdə, xüsusən də restoranlarda olacaq. Artıq prosesə start verilib, biz “Mir” kartları ilə ödənişləri qəbul etməyə hazırlaşırıq”, - deyə kurort sahibi Emin Ağalarov bildirib.
“See Breeze” kurortu Bakının yaxınlığında, Xəzər dənizinin sahilində yerləşir, “FUN&SUN” turoperatoru rusiyalılara Azərbaycan kurortuna paket turlar təklif edir.
Hazırda Azərbaycanda olan rusiyalı turistlər VTB Azərbaycan Bankının bankomatlarından manat çıxara bilərlər (komissiya tutulur).

Almaz Həsənli