
Ermənistan Rusiya hərbi bazasının ölkədən çıxarılması ehtimalı ilə bağlı suala cavab verib
Ermənistan parlamenti Rusiya hərbi bazasının respublika ərazisindən çıxarılması məsələsini müzakirə etmir. “TASS” xəbər verir ki, bu barədə respublika parlamentinin spikeri Alen Simonyan brifinqdə bildirib.
“Belə bir şey yoxdur, Ermənistan bu gün Rusiya hərbi bazasının çıxarılması imkanını müzakirə etmir”, - Simonyan bildirib.
2023-cü ilin oktyabrında Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya hərbi bazalarının Ermənistan ərazisində olmasında heç bir üstünlük görmədiyini bildirib. Baş nazirin sözlərinə görə, İrəvan yeni tərəfdaşlar axtarır, çünki Rusiya Federasiyası müttəfiqlik öhdəliklərini yerinə yetirə bilmir. O qeyd edib ki, Qarabağda baş verən hadisələr Ermənistanı müdafiə sektorunda yeni tərəfdaşlar axtarmağa vadar edib.
Hazırda Ermənistan ərazisində 102-ci Rusiya hərbi bazası yerləşir.
Almaz Həsənli