Tacikistan Mərkəzi Asiyada ən uzun körpünü tikəcək
Obigarm-Nurabad avtomobil yolunun tikintisi layihəsinin üçüncü mərhələsi çərçivəsində Mərkəzi Asiyada ən uzun avtomobil körpüsünün tikintisinə dair sazişi Tacikistan Respublikasının nəqliyyat naziri Azim İbrohim və “Zhejian Communication Construction Group Co. Ltd” şirkətinin Tacikistandakı nümayəndəsi Li Minkun imzalayıblar.
Tacikistan Respublikasının nəqliyyat naziri qeyd edib ki, körpünün ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyəti var və onu səmərəli və vaxtında inşa etmək lazımdır.
Surxob çayı üzərindən Nurabad rayonunda tikiləcək körpü təkcə Tacikistanda deyil, həm də Orta Asiyada ən uzun körpü olacaq. Onun uzunluğu 920 metr, yollarla isə 1500 metr olacaq. Tikinti dörd il ərzində tamamlanmalıdır.
Layihənin ümumi dəyəri 427 555 518,63 Çin yuanı (59 857 772,61 dollar) təşkil edir.
Texniki-iqtisadi əsaslandırma və model tədqiqatları Koreyanın Dong Maeng Engineering Company, Seng Engineering Company və Susang Engineering Company birgə şirkətinin məsləhətçiləri tərəfindən Tacikistan Respublikası Nəqliyyat Nazirliyinin Nəqliyyat Obyektlərinin Layihələndirilməsi üzrə Dövlət Unitar Müəssisəsi İnstitutu ilə birgə həyata keçirilib.
Əziz Mustafa, Oxuməni.az




































.jpg)
.jpg)





.jpg)




















.jpg)





















