“Mercedes” komandası yeni bolidini təqdim etdi
“Mercedes” 2025 ci il “Formula 1” üçün yeni W16 adlanan bolidini mövsümöncəsi sınaqdan əvvəl Bəhreyndə təqdim edib.
Oxuməni.az “championat.com”-a istinadən xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Sınaqlar fevralın 26-28-də Saxır trekində baş tutacaq.
“2025-ci ildə biz komandamızın tarixində maraqlı yeni dövrə başlayırıq. Biz inanılmaz irsimiz üzərində dayanırıq və yarışa çıxmaq üçün səbirsizlənirik. Brekli və Briksuortedəki bütün komanda heyəti qışda çox işlədi. Trassada keçən mövsüm inanılmaz dərəcədə rəqabətli oldu və bəzi qələbələrimiz olsa da, hamımız qələbələr üçün daha ardıcıl mübarizə aparmağa köklənmişik. Biz mövsümlərarası fasilədə uğur qazandıq, lakin hansı mərhələdə olduğumuzu yalnız Avstraliyadakı ilk yarışdan sonra öyrənəcəyik”, - deyə komandanın mətbuat xidməti Volfun sözlərindən sitat gətirir.
“Mercedes” 2024-cü ildə Konstruktorlar Çempionatında dördüncü yeri tutdu. Corc Rassel sürücülər sıralamasında altıncı, Lyuis Həmilton yeddinci olub. Bu mövsüm komandanı Rassel və yeni seriyalı italiyalı Andrea Kimi Antonelli təmsil edəcək.
Almaz Həsənli




































.jpg)
.jpg)





.jpg)




















.jpg)





















