İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil

İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil

23 Noyabr 13:14
Bəyəndim (1) Bəyənmədim (0)


İstanbulda özünü azərbaycanlı diplomat kimi təqdim edən və 70 kq qızılla saxlanılan şəxs diplomat deyil.
“APA”-nın məlumatına görə, həbs edilən şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dakı səfirliyində hərbi attaşenin köməkçisi işləyib.
Həbs edilən şəxsin Səudiyyə Ərəbistanında hərbi attaşe təyin edildiyi bildirilsə də, bu xəbər təsdiqini tapmayıb.
Daha əvvəl “Cumhuriyyet” qəzeti məlumat yaymışdı ki, İstanbulun Sarıyer rayonunda “Vadistanbul” ticarət mərkəzi ilə üzbəüz dayanmış taksiyə baxış zamanı 70 kq qızıl götürülüb. Avtomobildə olan Azərbaycan vətəndaşı M.Ş.Q. qızılların ona məxsus olduğunu bildirərək, özünün guya diplomat olduğunu qeyd edib.
Bu adam özünü diplomat kimi təqdim etsə də, məlum oldu ki, o, Xarici İşlər Nazirliyinin əməkdaşı deyil.
Lakin Azərbaycan mətbuatının yazdığına görə, saxlanılan şəxs faktiki olaraq Azərbaycanın ABŞ-dakı səfirliyində hərbi attaşe köməkçisi işləyib və son aylarda Səudiyyə Ərəbistanında ölkəmizin hərbi attaşesi təyin edilib.
Onun Bakıya aparıldığı və bununla bağlı araşdırma aparılacağı bildirilir. Lakin onun diplomatik toxunulmazlığı var və buna görə də onun məhkəməyə verilməsi üçün onun diplomatik toxunulmazlığı götürüləcək.
Almaz Həsənli