Füzulidə dövlət mülkiyyətinə aid 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək

Füzulidə dövlət mülkiyyətinə aid 482 hektar sahədə günəş elektrik stansiyası tikiləcək

16 Noyabr 2024 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Baş nazir Əli Əsədov “Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” qərar imzalayıb.

Qərara əsasən, Qarabağ iqtisadi rayonuna daxil olan Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid 482,0 hektar torpaq sahəsi qoyuluş gücü 160 MVt olan günəş elektrik stansiyasının tikintisi məqsədilə bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib.

Oxuməni.az