İlham Əliyev Azərbaycanın Rusiyaya yeni səfirini təyin edib
Azərbaycan prezidenti İlham Əliyev Rəhman Mustafayevi ölkənin Rusiyaya yeni səfiri təyin edib. Sərəncamı “Azərtac” dövlət informasiya agentliyi yayıb.
“Rəhman Sahib oğlu Mustafayev Azərbaycan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”, - sənədin mətnində deyilir.
Azərbaycan dövlət başçısının imzaladığı digər sərəncama əsasən, Rəhman Mustafayev Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatındakı daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.
Bundan əvvəl Azərbaycan prezidenti Polad Bülbül oğlunu Moskvadakı səfir vəzifəsindən geri çağırıb. O, 2006-cı ildən bu vəzifəni icra edirdi.