İlham Əliyevə çoxməqsədli “JF-17C” təyyarələri təqdim olunub
Sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və “Chengdu” Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli “JF-17C (Block-III)” təyyarələri təqdim olunub. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti xəbər verir.
Pakistanın “Air Operation Syndicate” nəşrinin əvvəllər yaydığı məlumatda bildirilirdi ki, Azərbaycan Pakistandan 1,6 milyard dollar dəyərində müasir “JF-17C Blok III” qırıcıları alacaq.
Yeni təyyarə Azərbaycanın malik olduğu Rusiyanın “MİQ-29” təyyarələrini əvəz edəcək.
Açıq mənbələrə görə, belə bir təyyarənin qiyməti 25 milyon dollardır. Əməliyyat məbləğinin bir milyard yarım dolları ötməsinə əsaslanaraq deyə bilərik ki, Azərbaycan hərbi təyyarə parkını tamamilə əvəz edəcək. Yəni 60-a yaxın “JF-17C Blok III” təyyarəsi alınacaq.
Almaz Həsənli












































.jpg)
.jpg)





.jpg)




















.jpg)













