TikTok tətbiqi Azərbaycan dilində istifadəyə verilib

TikTok tətbiqi Azərbaycan dilində istifadəyə verilib

18 Sentyabr 12:44
Bəyəndim (0) Bəyənmədim (0)

Qısa videolar üzrə aparıcı platforma olan TikTok, tətbiqin istifadəçilər üçün daha rahat və əlçatan olmasını təmin etməyə çalışır. TikTok böyük məmnuniyyətlə tətbiqin artıq Azərbaycan dilində də mövcud olmasını elan edir.

Azərbaycan dili seçimi Android və İOS cihazları üçün tətbiqin son buraxılışına əlavə olunub. İstifadəçi interfeysinin lokalizasiyası TikTok platformasını azərbaycandilli istifadəçilər üçün əhəmiyyətli dərəcədə asanlaşdıracaq.

TikTok tətbiqində istənilən vaxt interfeys dilini dəyişə bilərsiniz. Dil parametrlərini dəyişmək üçün:

1. Aşağı sağ küncdə “Profil”ə klikləyin;

2. Parametləri açmaq üçün yuxarı sağ küncdəki üç sətir işarəsinə klikləyin;

3. “Parametrlər və Məxfilik” bölməsini seçin;

4. “Tətbiq dili”ni seçin;

5. Siyahıdan Azərbaycan dilini və ya başqa bir dili seçin.

Oxuməni.az