Pakistan Senatının üzvü: Seçkilərin azad və qərəzsiz keçdiyini müşahidə edirik
Biz Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün buradayıq. Bu vaxtadək seçki prosesinin çox yüksək səviyyədə getdiyini və hər şeyin qaydasında olduğunu görürük. Ümid edirəm ki, Azərbaycan xalqı öz layiqli nümayəndələrini seçəcək. Çünki demokratiyanın mahiyyəti elə budur.
AZƏRTAC xəbər verir ki, bunu Pakistan Senatının üzvü Xan Cam Seyfullah deyib.
“Seçkiləri müşahidə etmək məqsədilə Pakistandan buraya Azərbaycanın dostları kimi gəlmişik. Bu dəqiqələrə qədər, biz seçkilərin çox azad və qərəzsiz keçdiyini müşahidə etdik. Başqa məntəqələrə gedib oradakı seçki prosesini də müşahidə edəcəyik. Ümumilikdə hər şey qaydasındadır”, - deyə Pakistan Senatının üzvü vurğulayıb.
Oxuməni.az
Digər xəbərlər