640 min Qəzzalı uşağın poliomielit əleyhinə peyvənd edilməsinə başlanacaq

640 min Qəzzalı uşağın poliomielit əleyhinə peyvənd edilməsinə başlanacaq

28 Avqust 2024 12:21
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq humanitar təşkilatlar avqustun 31-də poliomielit peyvəndinin birinci mərhələsinə başlayacaqlar. Fələstin Qızıl Aypara Cəmiyyətinin məlumatına görə, bu müddət ərzində 640 min uşaq peyvənd olunacaq.

“Bir sıra beynəlxalq və yerli təşkilatlarla birgə həyata keçirilən peyvənd kampaniyası 2024-cü il avqustun 31-də başlayacaq və 7 gün davam edəcək, o cümlədən, Xan Yunis və Rəfahda 200 mini olmaqla, 640 min uşaq faydalanacaq”. mesajda qeyd olunub.

Cəmiyyət artıq Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondundan (UNICEF) peyvəndləri saxlamaq üçün dörd xüsusi soyuducu alıb - Fələstin Qızıl Aypara Cəmiyyətinin anbarları Xan Yunis və Rəfahda dərmanın əsas saxlanma məntəqələri olacaq.

Oxuməni.az