Fərid Şəfiyev: Azərbaycan və İtaliya arasında möhkəm siyasi qarşılıqlı fəaliyyət mövcuddur

Fərid Şəfiyev: Azərbaycan və İtaliya arasında möhkəm siyasi qarşılıqlı fəaliyyət mövcuddur

29 May 2024 18:11
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan ilə İtaliya arasında möhkəm siyasi qarşılıqlı fəaliyyət, iqtisadi və enerji əməkdaşlığı mövcuddur.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Romada keçirilən “İtaliya, Avropa İttifaqı və Azərbaycan arasında ikitərəfli əlaqələr: enerji təhlükəsizliyi və xarici siyasət” adlı tədbirdə deyib.

O qeyd edib ki, ikitərəfli münasibətlərdə enerji əməkdaşlığı ən böyük paya malikdir, lakin tərəfdaşlığın əhatə dairəsi konkret sahə ilə məhdudlaşmır.

“İtaliya şirkətləri ölkəmizin işğaldan olunmuş ərazilərində bərpa və yenidənqurma proseslərində fəal iştirak edir. Müharibədən əvvəlki dövrdə də İtaliya həmişə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı prinsipial mövqe nümayiş etdirib”, - deyə F.Şəfiyev vurğulayıb.