Ana bətnini paylaşan əkiz körpələrin belə barmaq izləri fərqli olur

Ana bətnini paylaşan əkiz körpələrin belə barmaq izləri fərqli olur

17 May 2024 16:03
Bəyəndim (0) Bəyənmədim (0)

Hər birimizin fərqli barmaq izləri var. Bir çox insanlarda barmaq izləri ilk baxışda oxşar olsa da, heç vaxt tam olaraq eyni olmur. Maraqlıdır ki, eyni ana bətnini paylaşan əkiz körpələrin belə barmaq izləri fərqli olur. Bütun bunları anlamaq üçün əvvəlcə barmaq izlərinin necə əmələ gəldiyinə nəzər salaq. Dölün inkişafının erkən mərhələlərində kök hüceyrə toxumasının kök yumruları barmağın dərisinin altında, ətli hissədə inkişaf edir. Zaman keçdikcə daxili təbəqə böyüdükcə orta təbəqə əyilir və yuxarı təbəqədə silsilələrin əmələ gəlməsinə səbəb olur. Barmaqda yaranan xətlər inkişaf etdikcə, bəzən bir-biri ilə toqquşur, nəticədə tıxanma və ya bölünmə baş verir. Bu xətlərin dəqiq harada kəsişdiyi və hər birinin hansı forma alacağı bir sıra amillərlə müəyyən edilir. Hər bir insanın barmaq izinin müxtəlif yerlərində təxminən 50 fərqli xətt var. Hər barmaq izinin bir katrilyondan çox fərqli imkanları var. Bütün bunları beynimizdə dərindən analiz etdikdə deyə bilərik ki, insan Allahın ən böyük möcüzəsidir…

Oxuməni.az