Məktəbli imtahanda ağıllı eynəkdən istifadə etdiyi üçün tutulub

Məktəbli imtahanda ağıllı eynəkdən istifadə etdiyi üçün tutulub

15 May 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyada məktəbli ağıllı eynəkdən istifadə etdiyi üçün məsuliyyətə cəlb olunub. Bu barədə Yaponiya mətbuatı məlumat yayıb.

Məlumatda bildirilir ki, ​​buraxılış üçün test imtahanı zamanı məktəbli imtahan vərəqlərinin fotoşəkillərini X sosial şəbəkəsində yerləşdirib və abunəçilərdən ona kömək etməyi xahiş edib. Beləliklə, o, imtahandan yaxşı nəticə ilə keçməyi bacarıb.

Adı açıqlanmayan məktəbli Tokiodakı məktəblərin birində yuxarı sinif şagirdidir. O, hazırda təhsil müəssisəsinin fəaliyyətinə mane olmaqda ittiham olunur. İmtahan zamanı isə saxtakarlığa görə məktəblini hansı cəza gözlədiyi hələlik bildirilmir…

Oxuməni.az