![Peskov: Rusiya ilə Azərbaycanın iqtisadi-ticari əlaqələri genişləndirməsi üçün potensialı var](http://oxumeni.az/images/2024/04/22/022-16.jpg)
Peskov: Rusiya ilə Azərbaycanın iqtisadi-ticari əlaqələri genişləndirməsi üçün potensialı var
Rusiya ilə Azərbaycan arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi üçün potensial var.
AZƏRTAC RİA agentliyinə istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada yerli mətbuata açıqlamasında deyib.
“Biz Azərbaycanın iqtisadi-ticarət sahəsində İtaliya və Türkiyədən sonra üçüncü tərəfdaşıyıq. Azərbaycan qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini artırmaq üçün böyük ehtiyatları olan, yaxşı tərəfdaşımızdır”, - deyə D. Peskov bildirib.
Digər xəbərlər