Akkan Suver: Azərbaycanda keçirilən demokratik seçkilər Qafqaz üçün nümunədir

Akkan Suver: Azərbaycanda keçirilən demokratik seçkilər Qafqaz üçün nümunədir

7 Fevral 2024 18:18
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə Mərmərə Vəqfi olaraq bu gün səhər saatlarından etibarən seçki prosesini izləyirik və 36 məntəqədə olmuşuq. Xalqın böyük əksəriyyətinin səsvermədə fəallıq göstərməsi sevindirici haldır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında seçkiləri müşahidə edən Türkiyənin “Mərmərə Qrupu” Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver deyib.

O qeyd edib ki, seçkilər tam şəffaf və demokratik qaydada keçirilir, seçicilər istədikləri namizədə səs verirlər. “Seçki prosesində hər hansı bir problemin yarandığını görməmişik. İnsanlar səs vermək üçün öz növbələrini gözləyirlər. Türk dünyasının mühüm ölkəsi olan Azərbaycanda keçirilən demokratik seçkilər Qafqaz üçün nümunədir”.

Oxuməni.az