XİN: Aİ-nin qərəzli bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilədir

XİN: Aİ-nin qərəzli bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilədir

22 Dekabr 2023 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa İttifaqının (Aİ) qərəzli və ədalətsiz bəyanatları Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, bu fikir Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin İttifaqın Azərbaycan əleyhinə iddiaları ilə bağlı şərhində öz əksini tapıb.

Ayxan Hacızadə qeyd edib ki, bu əsassız iddialar Azərbaycan və Aİ əlaqələrinin inkişaf perspektivlərinə zərbə vurur.