Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulmasına 6 milyon manat ayrılıb - SƏRƏNCAM

Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulmasına 6 milyon manat ayrılıb - SƏRƏNCAM

5 Dekabr 2023 16:05
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev “Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, Sərəncama əsasən, qırx bir kilometr uzunluğu olan Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin 6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.