
Alovlu vətənsevər, millət vəkili Qənirə Paşayeva vəfat edib
Millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Bunu deputatın köməkçisi Elbəy Bədirov deyib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
Millət vəkili səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Qənirə Paşayeva İkinci Fəxri xiyabanda dəfn ediləcək
Vəfat edən millət vəkili Qənirə Paşayevanın dəfn yeri açıqlanıb.
Bu barədə “Qafqazinfo”ya mərhumun qardaşı Hüseyn Paşayev məlumat verib.
Onun sözlərinə görə, dəfn mərasimi sabah İkinci Fəxri xiyabanda baş tutacaq.