Samvel Şahramanyan separatçı rejimin ləğvi ilə bağlı “fərman” imzalayıb

Samvel Şahramanyan separatçı rejimin ləğvi ilə bağlı “fərman” imzalayıb

28 Sentyabr 11:35
Bəyəndim (0) Bəyənmədim (0)

Qarabağ separatçılarının rəhbəri Samvel Şahramanyan separatçı rejimin ləğvi ilə bağlı “fərman” imzalayıb.

"Sənəd"də deyilir:

1. 2024-cü il yanvarın 1-dək “departament" tabeliyində olan bütün dövlət qurumları və təşkilatları ləğv edilsin, “Dağlıq Qarabağ Respublikası” isə fəaliyyətini dayandırsın.

2. Qarabağ əhalisi, o cümlədən “respublikadan” kənarda yerləşən əhali bu “fərman” qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının təqdim etdiyi reinteqrasiya şərtləri ilə tanış olsunlar və Qarabağda qalmanın (qayıtılmasının) mümkünlüyü barədə qərarı özləri qəbul etsinlər.

Əziz Mustafa