
Azərbaycan Prezidenti Qarabağın bütün sakinlərinə müdafiə vəd edib
Xarici mətbuat xəbər verir ki, Azərbaycan Prezidenti Qarabağın bütün sakinlərinə müdafiə vəd edib. Buna baxmayaraq, minlərlə erməni bölgəni tərk edir. Məlum olduğu kimi, dünən Azərbaycan prezidenti İlham Əliyev türkiyəli həmkarı və müttəfiqi Rəcəb Tayyib Ərdoğanla görüşüb. Siyasətçilər Naxçıvanda salamlaşıblar. Əlavə olaraq xatırladım ki, Türkiyə lideri BMT Baş Assambleyasının tribunasından Bakının hərəkətlərini açıq şəkildə dəstəklədi və nəticədə Azərbaycan Qarabağa tam nəzarət edir. Ərdoğan, Naxçıvanda Ermənistanı «ona uzadılan sülh əlini qəbul etməyə» çağırıb.
Eyni zamanda, bir çox başqa ölkələr bölgədə yaşayan ermənilərin taleyi ilə bağlı qorxularını ifadə etsələr də, Əliyev Qarabağın reinteqrasiyasına artıq başladığını bildirib.
İlham Əliyev, Azərbaycan Prezidenti:
«Qarabağ bölgəsində yaşayan insanlar etnik mənsubiyyətindən asılı olmayaraq Azərbaycan vətəndaşlarıdır. Onların müdafiəsi, təhlükəsizliyi və hüquqları Azərbaycan dövləti tərəfindən təmin olunacaq”.
Murad Şahməmməd