Prezident Rəcəb Tayyib Ərdoğan Naxçıvanda İlham Əliyevlə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan Naxçıvanda İlham Əliyevlə görüşüb

25 Sentyabr 2023 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Qarabağdan mümkün qaçqın axınını qarşılamağa hazırlaşarkən, prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan ərazisində, Naxçıvanda azərbaycanlı həmkarı İlham Əliyevlə görüşür. İki lider 1923-cü ildən Azərbaycanın tərkibində olan, lakin Bakı ilə quru sərhədi olmayan Ermənistan və İran arasında bu bölgədə yeni təbii qaz kəmərinin təməlini qoymaq üçün keçirilən görüşünü Türkiyə mətbuatı geniş işıqlandırır. Mərasimdə Naxçıvanda hərbi kompleksin açılışı da gözlənilir. Ekspertlər bildirirlər ki, Azərbaycanın İran sərhədi boyu Zəngəzur dəhlizinə nəzarət etməsi Bakı ilə Ankaranı regionda gücləndirəcək. Son bir neçə gündür ictimaiyyətin pis reaksiyası ilə üzləşən Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan ordusunun Qarabağda separatçılara qarşı qələbəsindən sonra Rusiyanı passiv qalmaqda tənqid edir. Ermənistan mətbuatına açıqlamasında Moskvaya üstüörtülü istinad edən Paşinyan “Ermənistanın cəlb olunduğu xarici təhlükəsizlik sistemləri ölkəmizin təhlükəsizliyinin və maraqlarının qorunmasında səmərəsiz olub” deyib. Xatırladaq ki, Ermənistan Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür.

Murad Şahməmməd