Azərbaycanın göndərdiyi 40 ton unla bağlı yeni açıqlama
Rusiya sülhməramlı qüvvələri Bakıdan göndərilən 40 ton unun Xankəndiyə buraxılmasını təklif edib. Lakin Qarabağdakı erməni quldurları onların bu təklifini qəbul etməyib.
Bu barədə Qarabağdakı daşnakların başçısı Davit İşxanyan bildirib.
Onun sözlərinə görə, Bakıdan göndərilən humanitar yükün Xankəndiyə buraxılması məsələsi dünən Rusiya sülhməramlılarının komandanlığı ilə müzakirə olunub, lakin danışıqlar nəticə verməyib.
David İşxanyan Rusiya sülhməramlı kontingentinin təzə komandanı Kirill Kulakovun Qarabağa yeni gəldiyini, vəziyyətlə yaxından tanış olmadığını da əlavə edib.
Digər xəbərlər




























































































