Bir ayda 160 nəfər dəniz və hovuzlarda boğularaq ölüb

Bir ayda 160 nəfər dəniz və hovuzlarda boğularaq ölüb

31 İyul 2023 13:37
Bəyəndim (0) Bəyənmədim (0)

İyul ayında Əlcəzairdə 160 nəfərin dəniz və hovuzlarda boğularaq öldüyü bildirilib. Əlcəzair Mülki Müdafiə Rəyasət Heyətinin mətbuat katibi Züheyir Bin Emzan Əlcəzair dövlət radiosuna verdiyi açıqlamada iyul ayı ərzində 109 nəfərin dənizdə, 51 nəfərin isə su komplekslərində boğulduğunu bildirib. Bu rəqəmin çox yüksək olduğuna diqqət çəkən Bin Emzan 62 nəfərin çimməyin qadağan olduğu yerlərdə üzdüyünü, 47 nəfərin isə xilasedicilərin olmadığı saatlarda dənizə girdiyi üçün boğularaq öldüyünü bildirib.

Son 24 saatda həyatını itirənlərdən 15-nin dənizdə boğulduğunu bildirən Bin Emzan, ən çox boğulma hadisəsinin Oran, Mustaqanım və Bicaya şəhərlərində qeydə alındığını bildirib.

Xat;rladaq ki, iyulun əvvəlindən temperaturun 50 dərəcəyə çatdığı Əlcəzairdə meşə yanğınlarında da 34 nəfər həyatını itirib.

Murad Şahməmməd