Arutyunyanın qızları Qarabağı tərk ediblər

Arutyunyanın qızları Qarabağı tərk ediblər

11 İyul 2023 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

Qarabağ separatçılarının "lider"i Arayik Arutyunyanın hər iki qızı Qarabağı tərk edib.

Oxuməni.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

Fövqəladə Dövlət Xidmətinin əməkdaşı olan Arutyunyanın kürəkəni də işdən çıxarılaraq, Qarabağı tərk edib.

Erməni mediası Arutyunyanın qondarma “mətbuat katibi” ilə əlaqə saxlamağa çalışsa da, o, “bu cür məsələlərə şərh vermək səlahiyyətinin olmadığını” cavablandırıb.

Əziz Salam, Oxumeni.az