
Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmirinə 31,4 milyon manat ayrılıb
Prezident İlham Əliyev “Zəngilan rayonunda Horadiz – Zəngilan avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunun ərazisində 61 kilometr uzunluğunda mövcud Horadiz–Zəngilan avtomobil yolunun əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 31,4 milyon manat ayrılıb.
Digər xəbərlər