Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər ediblər

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşaya səfər ediblər

8 May 2023 15:50
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 8-də Şuşaya səfər ediblər.

Oxuməni.az AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil yolunun 66-81-ci kilometrliyində görülən işlərlə tanış olublar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Daşaltı kəndində Zarıslıçay nasos stansiyasının açılışında iştirak ediblər.