Təbrik edirik

Təbrik edirik

28 Mart 2023 10:29
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Azərbaycanın müstəqillik tarixində ən önəmli rollardan birini oynayan və təhlükəsizliyimizin qorunub saxlanılmasında, gizli düşmənlərimizə qarşı mübarizədə ağlasığmaz qəhrəmanlıqlar göstərən milli təhlükəsizlik orqanlarının yaradılmasının 104-cü ildönümü tamam olur. Azərbaycan Xalq Cümhuriyyətində dövlət təhlükəsizliyinin təmin olunması məqsədilə 1919-cu il martın 28-də kəşfiyyat və əks-kəşfiyyat xidmətinin yaradılması müstəqilliyimizin qorunub saxlanılmasına əvəzsiz töhfələr verərək tariximizdə şərəfli bir iz qoyub və günümüzdə də öz müqəddəs borclarını uğurla həyata keçirirlər.

Oxuməni qəzeti və Oxuməni.az saytı olaraq başda Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-polkovnik Əli Nağıyev olmaqla milli təhlükəsizlik orqanları əməkdaşlarını bu əlamətdar gün münasibətilə təbrik edir, çətin və şərəfli xidmətlərində onlara uğurlar arzulayırıq.