Mehriban Əliyevanın tapşırığı ilə bu ailələrə maddi yardım göstərilir

Mehriban Əliyevanın tapşırığı ilə bu ailələrə maddi yardım göstərilir

24 Fevral 2023 16:12
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə fevralın 6-da Türkiyədə baş vermiş zəlzələ zamanı həlak olan azərbaycanlıların ailələrinə maddi yardım göstərilir.

Oxuməni.az Trend-ə istinadən xəbər verir ki, çoxsaylı insan ölümünə səbəb olmuş faciə nəticəsində Adıyaman, Kahramanmaraş və Malatyada həlak olanlar arasında azərbaycanlılar da var idi.

Həlak olmuş soydaşlarımızın ailələrinə dəstək məqsədi ilə hazırda Heydər Əliyev Fondu tərəfindən 10 min AZN məbləğində maddi yardım verilir.