Kimlərin iranpərəst, agent olduğunu sosial şəbəkələrdə görmək olur - Aqil Abbas

Kimlərin iranpərəst, agent olduğunu sosial şəbəkələrdə görmək olur - Aqil Abbas

7 Fevral 2023 21:39
Bəyəndim (0) Bəyənmədim (0)

İran hər zaman anti-Azərbaycan ritorikası ilə çıxış edib. Ona görə də ölkəmizin Tehrandakı səfirliyinə edilən qanlı terror hücumu öncədən düşünülüb. İran xüsusi xidmət orqanları tərəfindən hazırlanıb. Bu, əslində siyasi məqsədli edilən terror aktıdır.

Oxuməni.az xəbər verir ki, bunuTeleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas deyib.

O qeyd edib ki, diplomatik nümayəndəliyin qorunmasında birbaşa məsuliyyət daşıyan İran rejiminin polisi bu qanlı hadisəyə reaksiya vermir:

“Ona görə də aydın olur ki, bu, İran tərəfindən düşünülmüş, planlaşdırılmış bir addımdır. Tehran rejimi bu məsələyə görə beynəlxalq hüquq qarşısında cavab verəcək. Kimlərsə də düşünür ki, bu hadisənin üstünü hansısa bir məsələ ilə ört-basdir edə biləcəklər. Amma yanılırlar, hər şeyin üstü açılacaq”.

Deputat hesab edir ki, hər bir dövlət öz ərazisində olan səfirlikləri, konsulluqları qorumaqla bağlı beynəlxalq öhdəliyə malikdir:

“İran bu öhəliyə əməl etməyibsə, məsuliyyət onun üzərinə düşür”.

Aqil Abbasa görə, İran bu kimi məsələləri araşdırmaq əvəzinə Azərbaycan daxilində din pərdəsi adı altında bölücülüyə, parçalanmaya xidmət edəcək addımlar atmağı planlaşdırır:

“Məqsəd ölkəmizdə aranı qarışdırmaq, insanların əsəblərini tarıma çəkməkdən ibarətdir. Amma Tehran rejiminin bu planları baş tutmayacaq. Sadəcə olaraq bir qədər diqqətli olmalıyıq. Vaxtilə İran Azərbaycanda özü üçün mədəniyyət mərkəzləri yaradanda və bu şəbəkəni quranda nədənsə, məsələyə adekvat yanaşma olmadı. İndi kimlərin İranpərəst olduğu, agentlik etdiyini sosial şəbəkələrdə, onların yazılarında açıq görmək olur”.