Zəlzələ nəticəsində "Sivasspor" un baş məşqçisinin köməkçisi bir gündə 15 qohumunu itirib

Zəlzələ nəticəsində "Sivasspor" un baş məşqçisinin köməkçisi bir gündə 15 qohumunu itirib

7 Fevral 2023 10:05
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin "Sivasspor" futbol klubunun baş məşqçisinin assistenti Ayxan Tenbeloğlu zəlzələ nəticəsində 15 qohumunu itirib.

Oxuməni.az xəbər verir ki, bu barədə Cumhuriyet qəzetinə komandanın baş məşqçisi Rza Çalımbay məlumat verib.

"Zəng etdim və vəziyyəti öyrəndim. Köməkçim Ayhan 'ın 15 ailə üzvü öldü" dedi Çalımbay.

""Hatayda yaşayan komandamızın köməkçi məşqçilərindən biri olan Çayxan Tenbeloğlunun bir çox qohumunun Kahramanmaraşda baş verən zəlzələdə öldüyünü öyrəndik. Ayxan Tenbeloğluna, ailəsinə və yaxınlarına başsağlığı veririk",-Sivasspor mətbuat xidmətinin açıqlamasında deyilir.

Əziz Mustafa, Oxuməni.az