Bakıda və rayonlarda qar yağacaq, temperatur 8-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Bakıda və rayonlarda qar yağacaq, temperatur 8-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

6 Fevral 2023 13:41
Bəyəndim (0) Bəyənmədim (0)

Fevralın 11-dək yollar buz bağlayacaq

Bakıda və rayonlarda qar yağacaq, temperatur 8-10° aşağı enəcək.

Oxuməni.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Belə ki, Bakıda və Abşeron yarımadasında fevralın 7-si günün ikinci yarısından 10-dək güclü şimal-qərb küləyi əsəcək. Fevralın 10-da külək mülayimləşəcək.

Fevralın 8-də havanın tutqun, axşama doğru yağıntılı olacağı, gecə sulu qara keçəcəyi, 9-da fasilələrlə sulu qar, qar yağacağı gözlənilir.

Havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-8° aşağı enəcəyi, 9-10-da gecə və səhər saatlarında 1-3° şaxta olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, fevralın 7-də gecə saatlarından başlayaraq respublikanın əvvəlcə qərb rayonlarında, günün ikinci yarısında şimal rayonlarında, 8-dən isə əksər rayonlarda yağıntılı olacağı, fasilələrlə sulu qar, qar yağacağı gözlənilir. Dağlıq və dağətəyi rayonlarda yağıntıların intensivləşəcəyi ehtimalı var. Fevralın 10-da yağıntılar tədricən zəifləyəcək.

Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 8-10° aşağı enəcək.

Fevralın 11-dək yollar buz bağlayacaq.