Azad edilən ərazilərdə daha 35 mina aşkarlandı

Azad edilən ərazilərdə daha 35 mina aşkarlandı

23 Yanvar 16:25
69
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 35 mina aşkarlanıb.

Oxuməni.az-a ANAMA-dan verilən məlumata görə, yanvarın 16-dan 21-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 15, tank əleyhinə idə 20 mina və 93 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 423 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.