Müharibə qapıda? - “Yaxın bir neçə gün ərzində Azərbaycan...”

Müharibə qapıda? - “Yaxın bir neçə gün ərzində Azərbaycan...”

11 Dekabr 2022 21:15
Bəyəndim (0) Bəyənmədim (0)

“Azərbaycan üçün bu məsələni həll etmək 2x2 qədər asandır. Sadəcə, erməni-rus hiyləgərliyini, o cümlədən buraya fransızları da əlavə etsək, bunlar vaxt udmaq istəyirlər. Onlara vaxt lazımdır ki, bəzi məsələləri həll etsinlər. İndi Ararat Mirzoyan tülkücəsinə deyir ki, Qarabağda Ermənistan silahlı qüvvələrinin bölmələri yoxdur. Onda siz Qarabağ məsələsiylə bağlı masa arxasında nə qələt edirsiniz?! Sənin Baş nazirin sənəd imzalayıb və üzərinə öhdəlik götürüb ki, oradan qoşunları çıxaracaq”.

Oxuməni.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib.

Hərbi eskpert Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın “Qarabağda Ermənistan silahlı qüvvələrinin bölmələri yoxdur, orada sadəcə “Artsax Müdafiə Ordusu”nun hərbçiləri mövcuddur” ifadəsinə münasibət bildirib.

Polkovnikin fikrincə, əgər elə olmayacaqsa, onda Azərbaycan rus sülhməramlılarını kənara sürüşdürüb atmaq şərtilə Xankəndi və ətraf ərazilərdə olan yaraqlıları zərərsizləşdirəcək:

“Onda biz Ermənistanın davranışlarına baxarıq. Mən bilirəm axı, Azərbaycan bir bəyanat verən kimi onlar əl-ayağa düşürlər. Əgər Azərbaycan hərəkətə keçsə, bunlar, ümumiyyətlə, dünyaya car çəkəcəklər ki, qoymayın, soyqırımı həyata keçirilir.

Ararat Mirzoyandır, Nikol Paşinyandır, Alen Simonyandır, Armen Qriqoryandır, Suren Pakikyandır - biz bunların nazıyla çox oynayırıq. Lakin onu da deyim ki, yaxın günlərdə çox maraqlı hadisələr olacaq və siz özünüz də görəcəksiniz ki, Azərbaycan bunların nazıyla çox oynamaq fikrində deyil”.

Hərbi ekspertə görə, dünən Moskvada keçirilən MDB müdafiə nazirlərinin görüşündəki şərhlərə diqqət yetirsək, artıq Azərbaycanın hansı qərarlar verdiyini görə bilərik:

“Ermənistan ordusunun dirçəlməsini bəyan edən və Ukraynada cinayətlərini davam etdirən Şoyqu-Putin cütlüyü deyir ki, biz bacardığımızı edəcəyik. Amma Azərbaycan Prezidenti demişdi ki, əgər revanşist qüvvələr bizə qarşı baş qaldırsalar, onlar ciddi şəkildə cəzalandırılacaqlar. Ona görə də yaxın bir neçə günü gözləyək, çünki çox maraqlı hadisələr baş verəcək”.

“Mən gün deməyə çətinlik çəkirəm, amma yaxın günlərdə Azərbaycan bu məsələlərlə bağlı çox ciddi addımlar atacaq. Hətta Rusiyanın çığır-bağırına və Fransanın şüvənliyinə baxmayaraq, Azərbaycan öz bildiyini edəcək. Bu, ya yola nəzarət, ya antiterror əməliyyatı – müxtəlif variantlar var və ola bilər. Çünki artıq Azərbaycana başqa yol qoymayıblar. Bunlar vaxtı uzatmaqla Hindistandan, İrandan silah-sursat əldə edirlər. Azərbaycan isə ən yüksək səviyyədə xəbərdarlığını etmişdi ki, bizim hər şeydən - oraya gətirilən texnikadan, habelə oraya buraxılan iranlı mütəxəssislərdən xəbərimiz var. Azərbaycan o qədər də ağılsız deyil ki, bu məsələni uzatsın. Azərbaycan yaxın günlərdə qəti və sərt qərarını verəcək ki, bunun da nə olacağını hamımız biləcəyik”, - yekunlaşdırıb.