Prezident sərəncama dəyişiklik etdi: Bu şəxslərə ev veriləcək

Prezident sərəncama dəyişiklik etdi: Bu şəxslərə ev veriləcək

7 Dekabr 2022 21:40
86
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli sərəncamında dəyişiklik edib.

Oxuməni.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi (o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin, eləcə də yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-2022-ci illərdə aparılan hərbi əməliyyatlar zamanı ölkənin ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün dövlət başçısı ilə razılaşdırmaqla tədbirlər planı təsdiq edib həyata keçirməlidir.

İndiyə qədər həmin plan 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək uçota alınmış, əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə, eləcə də yalnız 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə aid idi.