Azərbaycan və Türkiyə ordularının iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə təliminin vacibliyi

Azərbaycan və Türkiyə ordularının iştirakı ilə keçirilən “Qardaş yumruğu” birgə təliminin vacibliyi

7 Dekabr 2022 15:19
Bəyəndim (0) Bəyənmədim (0)

Bildiyimiz kimi bir neçə gündür Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin quru, dəniz, hava və xüsusi əməliyyat bölmələri birlikdə genişmiqyaslı təlim keçirir. İranda bu təlim haqqında müxtəlif fikirlər formalaşıb. Bəzi analitiklər sərhəddə baş tutan bu təlimin İranın oktyabr ayında Azərbaycan sərhəddində keçirdiyi təlimə qarşılıq olaraq keçirildiyini bildirirlər.

“Qardaş yumruğu” adı verilən bu təlim Türkiyə Silahlı Qüvvələri ilə Azərbaycan Silahlı Qüvvələri arasında miqyasca Bakı, Astara, Cebrayıl və İmişli rayonlarını əhatə etdiyi üçün çoxları belə hesab edirlər. Əslində hazırkı təlimdə təcrübəni artırmaq məqsədi ilə çay üzərində tikilən körpülər və komando qayıqlarının manevrlərini, oktyabr ayında İranın sərhəd boyu təşkil etdiyi təlimə cavab kimi hesab etmək olar. Ümumiyyətlə 44 günlük vətən müharibəsindən sonra İran Azərbaycan sərhəddində cəmi üç təlim keçirib. Oktyabr ayında keçrilən təlimin əsas məqsədi Azərbaycana üstüörtülü formada hədə-qorxu gəlməkdən ibarət olmuşdur. Bütün bunlara baxmayaraq Azərbaycan Prezidenti İlham Əliyev öz mövqeyində heç bir dəyişiklik etməyib, əksinə hər zaman İran hakimiyyətinə kəskin tutuarlı cavablar ünvanlayıb. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan hər zaman bir qardaş kimi Türkiyənin yanındadır, Türkiyə də bir qardaş kimi Azərbaycanın yanında olacaq. Yəni iki qardaş birlikdə qərar qəbul edib, ona uyğun hərəkət edəcəyik. Göründüyü kimi, kim bizə təhdid edirsə, biz birlikdə hərəkət edəcəyik bəyanatı, İranada bir növ nota kimi hiss olunub. Bunun ardınca keçrilən "Qardaş yumruğu" birgə təlimi İran hakimiyyətini əməlli-başlı çaş-baş salıb. Deyəsən artıq cənub bədxah qonşumuz hiss edir ki, bütöv Azərbaycan dövlətinin birləşməsi çox da uzaqda deyil.

Murad Şahməmmədov