SUMQAYIT OLİMPİYA İDMAN KOMPLEKSİNDƏ AĞACƏKMƏ KOMPANİYASI

SUMQAYIT OLİMPİYA İDMAN KOMPLEKSİNDƏ AĞACƏKMƏ KOMPANİYASI

24 Noyabr 15:03
64
Bəyəndim (0) Bəyənmədim (0)

Ölkəmizdə yeni yaşıllıqların salınması ilə bağlı dövlətimizin başçısı cənab İlham Əliyevin tövsiyə və göstərişlərinə uyğun olaraq ekoloji durumun yaxşılaşdırılması, yaşıllıqların artırılması məqsədilə hər yerdə ağacəkmə və təmizlik-abadlıq aksiyaları keçirilir. İdman və media camiəsinin təmsilçiləri də bu xeyirxah kompaniyalarda fəal iştirak edirlər.
Oxuməni.az xəbər verir ki, Sumqayıt Olimpiya İdman Kompleksinin ərazisində də ağacəkmə aksiyası keçirilib. Çox sayda Xan çinar (Platan) tingləri əkilib. Bu ağac növü respublikamızın təbiətinə uyğundur, uzunömürlülüyü və müsbət təbii xüsusiyyətləri ilə seçilir.
Ən böyük və qədim Çinar Türkiyədə Bosforda Buyukdere vadisindədir, hündürlüyü 50 metr, gövdəsinin çevrəsi 42 metr, diametri 13,4 metr, yaşı 2300 ildən çoxdur.


Azərbaycanda da qədim çinarlar var. Təəssüf, Ağdamın İmarət stadionunun əhatəsində ucalan əsrlərlə yaşı olan bu ağaclar erməni vandalları tərəfindən kəsilərək məhv edilmişdir. Müxtəlif rayonlardakı yaşlı Xan çinarlar “Qırmızı kitab”a salınıb və ciddi şəkildə mühafizə olunur. Şəki Xan Sarayının qarşısındakı Xan çinarların ən böyüyü 1530-cu ildə əkilib, gövdəsi 7.3, hündürlüyü 34 metrdir.
Sumqayıt Olimpiya İdman Kompleksində, məhz Xan çinar tinglərinin əkilməsi aksiyasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) əməkdaşları, tanınmış idmançılar fəallıq göstəriblər. Nazir Muxtar Babayev, kompleksin direktoru, qrossmeyster Zeynəb Məmmədyarova, AİJA prezidenti, Əməkdar jurnalist Eldar İsmayılov, AİJA güləş komissiyasının sədri, AİPS üzvü, “Olimpsport” qəzetinin baş redaktoru, Əməkdar məşqçi Ramin Allahverdiyev, AİJA və AİPS üzvü Nurlana Əliyeva, ikiqat parolimpiya, ikiqat dünya və və səkkizqat Avropa çempionu İlham Zəkiyev, digər tanınmış idmançılar kompaniyada iştirak ediblər.
Eldar İsmayılov