Azərbaycan Fransaya görə Minsk qrupundan imtina edib

Azərbaycan Fransaya görə Minsk qrupundan imtina edib

16 Noyabr 2022 15:43
Bəyəndim (0) Bəyənmədim (0)

Fransanın mövqeyi bizim üçün aydındır. Bu ölkənin parlamenti bundan öncə də anti-Azərbaycan mövqeyinə xidmət edən qətnamələr qəbul edib. Ona görə də, onların praktiki bir effekti yoxdur.

Oxuməni.az xəbər verir ki, bunuBeynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Teleqraf.com-a deyib.

Onun fikrincə, bu cür addımlarla Fransa öz maraqlarına zərbə vurur: “Elə ona görə də, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə işləmək istəmədi. Çünki burada Fransa var? Fransa isə heç vaxt neytral vasitəçi ola bilməz”

Fərid Şəfiyev hesab edir ki, Azərbaycan bundan sonra Fransanın hər hansı bir təşəbbüsünə ehtiyatla yanaşacaq: “Reallıqda isə Fransa parlamentinin çıxardığı bu qətnamələrin heç bir hüquqi əsası yoxdur”.