Fazil Məmmədov vəfat etdi

Fazil Məmmədov vəfat etdi

4 Noyabr 2022 09:28
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov vəfat edib.

Oxuməni.az xəbər verir ki, bu barədə onun ailəsindən məlumat verilib.

Bildirilib ki, F.Məmmədov ötən gecə Türkiyədə müalicə olunduğu xəstəxanada ürək çatışmazlığından vəfat edib.

Hazırda onun cənazəsinin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.

Mərhumun harada dəfn olunacağı dəqiqləşdirilir.

Xatırladaq ki, Fazil Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.