XTQ cənub sərhədində: Nə baş verir?
Xəbər verdiyimiz kimi, Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən, noyabrın 2-də Azərbaycanın cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.
Oxuməni.az bildirir ki, təlimlər Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə keçirilir. Hazırda xüsusi təyinatlıların təlimi davam edir.
Media və sosial şəbəkələrdə isə Azərbaycan xüsusi təyinatlılarının İranla sərhəddə təlimləri müxtəlif cür qiymətləndirilir. Bəziləri bunun İranın iki həftə əvvəl Araz sahilində keçirdiyi hərbi təlimlərə cavab olduğunu, bəziləri isə bu təlimlərin sadəcə, əvvəlcədən nəzərdə tutulan döyüş hazırlığı planına uyğun təlimlər olduğunu bildirilər.
Bəs, ekspertlər məsələ ilə bağlı nə düşünür?
Hərbi ekspert Ədalət Verdiyev Bakupost.az -a açıqlamasında bildirib ki, bu təlimlər heç bir halda başqa bir dövlətə qarşı yönəlməyib:
“XTQ-nin təlimləri Azərbaycanın suveren ərazilərində keçirilir. Bu təlimlər heç bir halda başqa bir dövlətə qarşı yönəlməyib. Biz daha əvvəllər də bu tip təlimləri başqa ərazilərimizdə, o cümlədən cənub sərhədlərimizdə keçirmişik. Təlimlər planlı təlimlərdir və əvvəlcədən Müdafiə Nazirliyinin döyüş hazırlıq planında öz əksini tapıb. İstənilən halda bu təlimlər Azərbaycana qarşı ərazi iddiaları irəli sürən ölkələrə, xüsusən də Ermənistana və onun havadarlarına bir mesaj kimi qəbul edilə bilər”.





















.jpg)






































































