Elmira Axundova Kiyevdə deyil: Səfirliyə kim rəhbərlik edir?

Elmira Axundova Kiyevdə deyil: Səfirliyə kim rəhbərlik edir?

12 Oktyabr 2022 12:56
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlər Rusiyanın Kiyevi bombalamasından sonra bir çox səfirliklər və konsulluqlar paytaxtı yenidən tərk etməyə hazırlaşdıqlarını bildirmişdilər.

Aidiyyəti üzrə, Azərbaycan səfirliyinin də yenidən təxliyə edilib-edilməyəcəyi və səfir Elmira Axundovunun vəzifəsinin başında olub-olmaması ilə bağlı Kiyevdəki səfirliyimizlə əlaqə saxladıq.

Oxuməni.az-ın xəbərinə görə, Yenisabah.az-ın sorğusuna cavab olaraq səfirlikdən bildirilib ki, Elmira Axundova Kiyevdə deyil:

“Hazırda müvəqqəti işlər vəkili səfirliyə rəhbərlik edir” – deyə cavabda bildirilib.

Xatırladaq ki, 24 fevraldan etibarən Rusiyanın Ukraynada həyata keçirdiyi genişmiqyaslı hərbi əməliyyatlar çərçivəsində bir çox ölkə səfirlikləri ilə yanaşı Azərbaycan səfirliyinin nümayəndələri də Ukraynanı tərk etmişdilər.