Hərbi maşın Xocalıda qəzaya düşdü

Hərbi maşın Xocalıda qəzaya düşdü

7 Oktyabr 2022 17:29
Bəyəndim (0) Bəyənmədim (0)

Xocalıda hərbi maşın qəzaya uğrayıb

Oxuməni.az. qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə rayonun Tanaxçı kəndində, Zəfər Yolunun 176-cı kilometrliyində baş verib.

"Mercedes" markalı minik avtomobil yolun kənarında dayanmış MAZ markalı yük avtomobilinə çırpılıb. Hadisə zamanı ölən və yaralanan olmayıb. "Mercedes"in sürücüsünün ərazidə aparılan təmir-tikinti işlərində çalışan şəxslərdən biri olduğu bildirilir.

Hadisəni DİN-in Mətbuat Xidmətinin Gəncə Regional qrupunun baş inspektoru Eşqin Qasımov "Qafqazinfo"ya təsdiqləyib.

Faktla bağlı araşdırma aparılır.