Daha bir məktəbdə RƏZALƏT: azyaşlıları ayaqyoluna salıb...

Daha bir məktəbdə RƏZALƏT: azyaşlıları ayaqyoluna salıb...

6 Oktyabr 2022 15:51
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanda daha bir məktəbdə şagird özbaşınalığı olub.

Oxuməni.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə iddialar sosial şəbəkələrdə yayılıb. Məlumata görə, hadisə Sumqayıt şəhərindəki 24 saylı məktəbdə qeydə alınıb.

Belə ki, ötən gün həmin məktəbin yuxarı sinif şagirdləri aşağı sinifdə təhsil alan azyaşlıları məktəbin ayaqyolusuna salaraq, qapısını bağlayıb və içəridə saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ilə əlaqədar polis əməkdaşları məktəbə cəlb olunublar. Hazırda araşdırmalara başlanılıb.