Prezident İlham Əliyev bu gün Paşinyanla görüşəcək

Prezident İlham Əliyev bu gün Paşinyanla görüşəcək

6 Oktyabr 2022 06:37
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Praqada keçiriləcək qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının sədri Şarl Mişellə dördtərəfli görüş keçirəcəyini açıqlayıb.

Oxuməni.az xəbər verir ki, Nikol Paşinyan bu barədə Ermənistan Milli Məclisində məlumat verərək, Çexiyanın paytaxtında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşün planlaşdırıldığını bildirib.

“Mən Praqaya gedirəm, Avropa siyasi birliyinin sammitində iştirak edəcəyəm. Bu çərçivədə Azərbaycan Prezidenti, Fransa Prezidenti və Avropa İttifaqı Şurasının sədri arasında dördtərəfli görüş planlaşdırılır. Türkiyə Prezidenti ilə də görüş nəzərdə tutulub. Bunun mümkünlüyünü açıqladıq. Heç nə dəyişməsə də, əslində, bunlar ümumi sülh gündəliyinin müzakirəsinə uyğun gələn əsas görüşlər olacaq”, - Baş nazir Paşinyan bəyan edib.

O, MDB-nin qeyri-rəsmi sammitində görüşmək üçün Praqadan Sankt-Peterburqa yola düşəcəyini də bildirib.